A.Pompliano: Bitcoin 2021-də 100.000 dollar olacaq

Morgan Creek Digital-ın təsisçisi və investor Anthony Pompliano aprelin 19-u "Tech with Catalina" YouTube kanalına verdiyi müsahibədə mövcud makroiqtisadi vəziyyətin nəticəsi olaraq 2021-ci ildə bitcoin 100.000 dollar olacağını proqnoz edib.

Anthony Pompliano: "Dünyadakı mərkəzi banklar tərəfindən pulların çap edilməsi iri korporativ şirkətləri və sıravi vətəndaşları inflyasiya əleyhinə aktivlərə investisiya qoymağa məcbur edəcək. Hesab edirəm ki, 2021-ci ilin sonunda bitcoin 100 min dollara çatacaq. Qiymətin artmasının əsas səbəbləri makroiqtisadi şərtlər və "bitcoin halving" olacaq. ABŞ iki trilyon, Yaponiya isə üç trilyon dollarlıq iqtisadiyyatın təşviq planını təsdiqləyib. Bu ölkələr öz valyutalarını dəyərsizləşdirirlər və bu baş verdikdə isə insanlar qızıl, bitcoin, daşınmaz əmlak və sair kimi anti-inflyasiya aktivləri axtaracaqlar. Bitcoin-ə olan tələbin artması və təklifin azalması qiymətlərin artmasına səbəb olacaqdır."

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Youtube üçün olan bu yeni faydalı funksiyadan artıq hamı yararlana bilər

SONRAKI XƏBƏR

Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar - RİSK QRUPU