ABŞ-dan Azərbaycanla bağlı tarixi dəstək

ABŞ-dan Azərbaycanla bağlı tarixi dəstək

Sfera.az-ın əldə etdiyi məlumata görə, ABŞ-ın ən tanınmışdüşüncə mərkəzlərindən olan Heritage Fondu (Heritage Foundation) G7 (Böyük Yeddilər) Sammiti öncəsi ABŞ Prezidenti DonaldTrumpın dünya liderləri ilə müzakirə etməlivə siyasi dəstək almalı məsələlərin siyahısını hazırlayıb.

Heritage Fondu qeyd edir ki, Böyük Yeddilərlə görüş zamanıABŞ Prezidenti Donald Trump Trans- Xəzər Boru Kəməri, o cümlədən Cənub QazKorridoru layihələrinə dünya liderlərindən siyasi dəstək almalıdır.

Bu addımı Azərbaycanın təşəbbüskarı olduğu enerji siyasətininuğuru adlandırmaq olar.

Cənub Qaz Korridoru Azərbaycan qazının Cənubi Qafqaz Boru Kəmərivasitəsilə Türkiyə sərhəddinə, TANAP kəməri vasitəsilə Türkiyədən Avropa sərhəddinə,TAP layihəsi vasitəsi Adriatik dənizindən keçərək Avropaya nəqlini nəzərdətutur. Azərbaycan bu layihənin təşəbbüskarı və əsas lokomotividir.

Trans - Xəzər Boru Kəməri isə Türkmənistan qazının Azərbaycana,Azərbaycandan isə Cənub Qaz Korridoru ilə Avropaya ixracını nəzərdə tutur.

Bu layihələrin ABŞ Prezidenti tərəfindən Avropa liderləriqarşısında qaldırılması bir daha Azərbaycanın dünya miqyasında önəmini gündəməgətirmiş olur.

Layihələr Azərbaycan qazının Avropaya ixracatı, eyni zamandaAzərbaycanın enerji koridoruna çevrilərək tranzitdən əldə etdiyi gəlirlərinartması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, hal-hazırda Heritage Fondudünyanın ən nüfuzlu düşüncə mərkəzidir. Bu fond Trump Administrasiyası üzərindəböyük nüfuza malikdir və verdiyi təkliflərin 80%-i indiki ABŞ höküməti tərəfindəngerçəkləşdirilmişdir.

Mənbə: sfera.az