"Dünya iqtisadiyyatının çətin durumunda beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar"

"Dünya iqtisadiyyatının çətin durumunda beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar"

Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında artıq uzun müddətdir ki, konsktruktiv əməkdaşlıq var. Demək olar ki, bir çox layihələrin maliyyələşdirilməsində Asiya İnkişaf Bankı ilə birgə əməkdaşlıq mövcud olub. Eyni zamanda, Azərbaycan son illər ərzində artıq donor dövlətə çevrilib və bir sıra ölkə xaricindəki layihələrin investoru kimi çıxış edir.

Bunu Milli.Az-a Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı ekspert Elşad Məmmədov Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfransı şərh edərkən deyib.

"Bu gün biz Azərbaycanın xarici kapitaldan asılılığının, demək olar ki, olmadığını, ölkənin iqtisadi potensialının milli iqtisadiyyatımızın dayanıqlığının qorunmasına imkan verdiyini əminliklə deyə bilərik. Amma məsələ bundan ibarətdir ki, iqtisadi inkişaf nöqteyi nəzərdən müəyyən hallarda xarici birbaşa investisiyalar tələb olunur ki, hər hansı bir texnologiyaların idxalı mümkün olsun. O baxımdan beynəlxalq qurumlarla, maliyyə təşkilatları ilə əməkdaşlığın, şübhəsiz ki, faydası ola bilər.

Son həftələr ərzində görürük ki, dünya iqtisadiyyatının çətin durumunda beynəlxalq təşkilatlar Azərbaycan prezidenti ilə əməkdaşlıq etmək barədə konkret niyyətlərini göstərirlər. Azərbaycanın həm bölgədə, həm də dünyada nüfuzu ona imkan verir ki, 150-dən çox ölkənin maliyyə yardımına müraciət etdiyi bir vaxtda faktiki olaraq Azərbaycan digər dövlətlərə yardım göstərən dövlət kimi çıxış edir. Bu da bir daha ölkəmizin iqtisadi potensialı kifayət qədər böyük olduğunu deməyə əsas verir".

Bəxtiyar Umarlı
Milli.Az

Mənbə: news.milli.az