7 ildir fəaliyyət göstərən Belarus Holdinqinin şirkəti Azərbaycanı tərk etdiyini açıqladı

7 ildir fəaliyyət göstərən Belarus Holdinqinin şirkəti Azərbaycanı tərk etdiyini açıqladı

Azərbaycan bazarını daha bir xarici şirkət tərk etdi.

Banker.az xəbər verir ki, “Amkodor-Baku” MMC Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1001, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil, ev.23, mənzil 7 ünvana bildirə bilərlər.

Bildirək ki, bu şirkətin nizamnamə kapitalı 700 000 USD təşkil edir və qanuni təmsilçisi Vitalı Khamenkadır. “Amkador-Baku” 2013-cü ildə dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, “Amkodor-Baku” MMC, Belarus Respublikasında xüsusi avadanlıq üzrə aparıcı istehsalçı olan “Amkodor” Holdinqin distribyutorudur.

“AMKODOR” – Holdinqin İdarəedici Şirkəti” – yol tikintisi, kənd təsərrüfatı, bələdiyyə, meşə təsərrüfatı, aerodrom təmizləmə və digər ixtisaslaşdırılmış avadanlıqların istehsalı üzrə Belarus və MDB olkələrində aparıcı mövqe tutan xüsusi maşın və avadanlıqların istehsalı ilə məşğuldur.

Mənbə: banker.az