“Azərsu” modul tipli qurğuları təmir edəcək

“Azərsu” modul tipli qurğuları təmir edəcək

Bakı, 2 iyun, AZƏRTAC

“Azərsu” ASC modul tipli qurğularda təmir bərpa işlərinin satın alınması üçün tender keçirir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, qurum elektron satınalma vasitəsilə modul tipli qurğularda təmir bərpa işlərinin satın alınması üçün daxili vəsaiti hesabına açıq tender elan edib. Malgöndərənlər “etender.gov.az” dövlət satınalmalarının vahid internet portalından tender haqqında ətraflı məlumat əldə edə bilərlər.

Mənbə: azertag.az