Türkiyə Rusiyadan təbii qaz idxalını azaldıb

Türkiyə Rusiyadan təbii qaz idxalını azaldıb

Türkiyənin son illər təbii qaz ehtiyatını Azərbaycan, ABŞ və Qətərdən alması, həmçinin, Rusiyadan idxal olunan qaz ehtiyatını 72 faizə endirməsi. qiymətlərə təsirini göstərə bilər.

Cebhe.info xəbər verir ki, mütəxəssislərin fikrincə, Rusiya təbii qazında tarixi enmə qiymətlərə yenidən baxılması məsələsini aktual edir.

Bu barədə danışan Enerji İqtisadiyyatı Dərnəyi Prof. Dr. Gürkan Qumbaroğlu bildirib ki, kəskin azalma davam edərsə, məsələ müzakirə edilməlidir:

"Ötən ilin mart ayında ABŞ-ın təbii qaz idxalındakı payı 2,15 faiz, Qətər isə 6,10 faiz civarında idi. Bu ilin məlumatları təhlil edildikdə Rusiyadan təbii qazın əvvəlki aya nisbətən 65 faiz, bir il ilə müqayisədə 72 faiz azaldığını görə bilərik.

Təchizatla bağlı heç bir texniki problem olmadıqda, bu enmə bazar şərtlərinə görə baş verir. Spot bazarından gətirilən mayeləşdirilmiş təbii qaz (LNG) Rusiya qazından daha ucuz ola bilər, çünki Rusiya qazının alınmasında bazar şərtləri mövcud qiymət formulunda gecikir. Üstəlik, bu dönəmdə Türkiyə mayeləşdirilmiş təbii qaza yönəlib. ABŞ-ın təbii qaz idxalındakı payı 300 faiz, Qətərin payı isə 200 faiz artıb. Bu il yenə Misir, Kamerun, Nigeriya kimi LNG qaz ixracatçıları ölkələrində Türkiyəyə qaz ixrac edilib.

Həmçinin bu üstünlük verilən bir vəziyyət deyil. Bazar şəraiti buna səbəb olarsa, təkrarlanmaması üçün tədbirlər görülməlidir. Qiymət düsturu digər Avropa ölkələri kimi yenidən müzakirə edilərək bazar qiymətlərinə uyğun indeksləşdiriləcəksə, bu problem aradan qalxacaq".

Naibə
Cebhe.info

Mənbə: cebhe.info