BFB-nin tarif gəlirləri azalıb

BFB-nin tarif gəlirləri azalıb

Bakı Fond Birjası 2019-cu il ərzində 4.65 mln. manatlıq gəlir əldə edib, bu öncəki illə müqayisədə 18% azalma deməkdir.

Banker.az bu barədə BFB-nin 2019-cu il üzrə illik audit hesabatına istinadən xəbər verir.

Hesabat müddətində əsas azalma səbəbi isə əqdlər üzrə tarif gəlirlərinin 4.49 mln. manata düşməsi səbəbindən olub. Bu il öncəki hesabatda 5.48 mln. manat ətrafında idi.

Bütün əməliyyat xərcləri çıxıldıqdan sonra BFB-nin il üzrə xalis mənfəəti 3.02 mln. manat təşkil etmişdir. Bu isə 2018-ci ildə 3.78 mln. manatlıq xalis mənfəətdən 20% az olması deməkdir.

Mənbə: banker.az