ABŞ-İran müharibəsinin nəticələri bəlli oldu: milyonlarla itki verdilər

ABŞ-İran müharibəsinin nəticələri bəlli oldu: milyonlarla itki verdilər

ABŞ-ın təktərəfli maliyyə sanksiyalarına məruz qalan İran bu sanksiyalardan ciddi zərər görüb.

Publika.az xəbər verir ki, sərhəd qonşumuzun neftdən gələn gəlirləri son 9 ildə 92% azalıb.

İran Büdcə Planlaşdırma Qurumunun sədri Məhəmməd Bəkir Nobat ölkəsinin illik neft və təbii qaz gəlirlərinin son 9 ildə 119 milyard dollardan 8,9 milyard dollara endiyini açıqlayıb.

O parlamentdə makro-iqtisadiyyatla bağlı təqdimatında bildirib ki, ölkənin proqramlarını neft gəlirləri olmadan idarə etməyə çalışırlar.

Sədrin sözlərinə görə, hazırda neft gəlirləri İran dövlət büdcəsinin 10%-ni təşkil edir.

İran sanksiyalardan qabaq gündəlik 2,8 milyon barel neft ixrac edirdi. İran hökuməti son 2 ildə neft ixracına dair rəqəmləri paylaşmasa da, son 1 ildə rəqəmlərin gündəlik 250 min barelə qədər endiyi barədə xəbərlər yayılır.

Mənbə: publika.az