Koronavirusun dərmanına icazə verildi - RƏSMƏN

Koronavirusun dərmanına icazə verildi - RƏSMƏN

Hindistanda yeni növ koronavirus xəstələri üçün "Remdesivir" adlı dərmanın istifadəsinə rəsmi icazə verilib. Dərmanı “Gilead Sciences” bioəczaçılıq şirkəti istehsal edib.

Cebhe.info xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti məlumat yayıb. “Remdesivin»in fövqəladə hallarda və yalnız 5 gün ərzində istifadəsinə icazə verildiyi bildirilib. Digər tərəfdən, Mərkəzi Dərman Standartı Nəzarəti Təşkilatının (CDSCO) ölüm nisbətinin artmasında potensial risk daşıyan və daha uzun müddət istifadə edilməsində heç bir faydalı təsiri olmadığı səbəbi ilə “Remdesevir”in 10 gün müddətində istifadəsinə qarşı olduğu qeyd edilib.

Aparılan araşdırmalar nəticəsində “Remdesevir”in COVİD-19 xəstələrinin müalicə müddətini yalnız 15 gündən 11 günə endirmə qabiliyyəti olduğu bildirilir.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info