Azərbaycanda kompüterlər üzrə bazar payı artıb

Azərbaycanda kompüterlər üzrə bazar payı artıb

Qlobal miqyasda kompüterlərin Azərbaycan üzrə bazar payı 5,91% artaraq 41,87%-ə çatıb.

TED.az xəbər verir ki, bu haqda Global Stats analitik şirkətinin hesabatında qeyd olunur.

Hesabatda bildirilir ki, aprel ayında Azərbaycanın sözügedən sahə üzrə bazar payı 35,96% olub. Hesabatda kompüterlə yanaşı, mobil cihazların və planşetlərin də Azərbaycan üzrə bazar payı açıqlanıb.

May ayının göstəricilərinə görə, ölkəmizdə mobil cihazların üzrə bazar payı 57,05%, planşetlər üzrə isə 1,08% olub. Kompüterlər üzrə bazar payında artım müşahidə olunsa da, mobil cihazlar üzrə bazar payında 5,73% azalma qeydə alınıb. Aprel ayında mobil telefonlar üzrə Azərbaycanın bazar payı 62,78% olub. Azalma yalnız mobil cihazlardan deyil, planşetlər üzrə bazar payında da qeydə alınıb. Aprel ayında Azərbaycan bu bazarda 1,27% paya sahib olsa da, may ayında bu göstərici 1,08%-ə düşüb.

Mənbə: ted.az