Göyçayda taxıl biçininə hazırlıq işləri başa çatır - Ayın əvvəlində biçinə start veriləcək

Göyçayda taxıl biçininə hazırlıq işləri başa çatır - Ayın əvvəlində  biçinə start veriləcək

Bu ayın əvvəlindən etibarən Göyçay rayonunda taxıl biçininə start veriləcək. Artıq rayonda taxıl biçininə hazırlıq işləri başa çatdırılır. Bu barədə ATV Xəbərə “Aqrolizinq” ASC-nin yerli nümayəndəliyindən bildirilib. Hazırda mövcud kombaynlara texniki baxış keçirilir, GPS cihazlarında sazlanma işləri aparılır, həmçinin nasaz vəziyyətdə olan texnikaların təmiri işləri həyata keçirlir. Bu sezon bölgədə biçinə ümumilikdə 22 ədəd taxılbiçən kombayn cəlb olunacaq. Ümumilikdə Göyçay rayonu üzrə 61 kənddə biçin aparılması nəzərdə tutulub. 1 hektar taxıl sahəsi üçün biçin qiymətinin yuxarı həddi 38 manatdır. Qeyd edək ki, ötən ilin payızında 14 min 75 hektar ərazidə payızlıq taxıl əkini aparılıb.

6800 hektar Göyçay rayonu üzrə arpa sahəsi vardır. Bunu nəzərdə tutmuşuq ki, 10 gün müddətində tam itkisiz götürək. 7200 hektar da buğda sahəmiz vardır. Ayın axırına qədər də buğda məhsulunu biçməyi planlaşdırmışıq.

atv.az

Mənbə: www.atv.az