ABŞ 8 trilyon zərər görəcək... - Hesabat

ABŞ 8 trilyon zərər görəcək... - Hesabat

ABŞ-da hər gün koronavirus epidemiyası daha geniş vüsət alır. Bu amil isə ölkə iqtisadiyyatına böyük zərər vurur.

Axar.az xəbər verir ki, bu barədə Konqresin Büdcə Ofisi hesabat yayıb.

Hesabata əsasən, ABŞ iqtisadiyyatına təxminən 8 trilyon dollar zərər dəyəcək.

Bu barədə danışan Büdcə Ofisinin direktoru Filip Şveqey bunları söyləyib:

"İş yerlərinin bağlanması və sosial məsafə tədbirlərinin istehlakçı xərclərini azaldacağını gözləyirik. ABŞ-ın enerji sektoruna qoyulan sərmayə ciddi şəkildə azalacaq".

Mənbə: axar.az