Türk şirkəti Özbəkistanda qaz stansiyası inşa edəcək

Türk şirkəti Özbəkistanda qaz stansiyası inşa edəcək

Türkiyənn “Aksa Energy” şirkəti Daşkənddə birləşdirilmiş dövriyyə gücü 240 MVt olan yeni bir qaz stansiyası inşa edəcək.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, layihə şirkətin Özbəkistan Energetika Nazirliyi ilə imzaladığı müqavilə əsasında həyata keçirilir.

COVID-19 pandemiyasına baxmayaraq, şirkət stansiyanın tikintisini bir ildə başa çatdırmaq niyyətindədir. İşin sürətləndirilməsi üçün şirkətin bəzi mütəxəssislərinin digər ölkələrdən Özbəkistana köçürülməsi planlaşdırılır.

Layihə “dövlət-özəl tərəfdaşlığı”nın müasir investisiya modeli əsasında həyata keçirilir. Özbəkistan tərəfi zavodu təbii qazla təmin etmək və onun yaratdığı elektrik enerjisini almaq zəmanətini öz üzərinə götürmüşdür.

Mənbə: konkret.az