Gürcüstanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilir

Gürcüstanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilir

Gürcüstanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti iyunun 8-də bərpa ediləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Bildirilib ki, həmin tarixdən etibarən ölkə ərazisində valyutadəyişmə məntəqələri fəaliyyət göstərə biləcəklər.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti martın 31-də dayandırılıb.

Mənbə: apa.az