Almaniya 31 ölkə üçün səyahət xəbərdarlığını LƏĞV ETDİ

Almaniya 31 ölkə üçün səyahət xəbərdarlığını LƏĞV ETDİ

Almaniya 31 ölkə üçün səyahət xəbərdarlığını ləğv edib.

Sonxeber.az xəbər verir ki, Almaniya Nazirlər Şurasının qərarına görə, 15 iyun tarixindən etibarən 26 Avropa İttifaqına üzv ölkələrə, eyni zamanda İngiltərə, İslandiya, Norveç, İsveçrə, Lixtenşteynə səyahət xəbərdarlığı ləğv edilib.

Alamaniya Xarici İşlər Nazirliyi bu ölkələr üçün səyahət xəbərdarlığı əvəzinə səyahət məlumatları verilməsinə başlayacaq.

Qeyd olunub ki, hökumətin Aİ-dan kənar ölkələr üçün bu xəbərdarlıqların mərhələli şəkildə ləğv edilməsi gözlənilir.

Mənbə: sonxeber.az