Gürcüstanda ərzaq və gündəlik tələbat məhsullarının qiyməti bahalaşıb

Gürcüstanda ərzaq və gündəlik tələbat məhsullarının qiyməti bahalaşıb

Tbilisi, 3 iyun, AZƏRTAC

Cari il ərzində Gürcüstanda ərzaq və gündəlik tələbat məhsullarının qiyməti xeyli artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, ilin əvvəlindən ölkədə meyvənin qiyməti 47 faiz, süd məmulatlarının 25 faiz, ət və ət məhsullarının 13,5 faiz, çörək məhsullarının isə 9,2 faiz bahalaşıb.

May ayında illik inflyasiya 6,5 faiz olub. İllik inflyasiyanın fonunda alkoqolsuz içkilərin qiyməti 14,7 faiz, meyvə və üzümün qiyməti 47,1 faiz, süd, pendir, yumurtanın 24,6 faiz, balıq məhsullarının 17,1 faiz, şəkər, cem və digər şirniyyat məhsulların 14,5 faiz, çörək və çörək məmulatlarının 9,2 faiz, tərəvəz və digər tərəvəz məhsullarının 2,7 faiz bahalaşıb.

Bununla yanaşı, nəqliyyat vasitələrinin qiymətləri 4,6 faiz azalıb (azalma əsasən şəxsi avtomobil vasitələrində qeydə alınıb).

Mənbə: azertag.az