İstanbul, 3 iyun, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyənin müvəqqəti bağlanan Habur (İraq) və Gürbulak (İran) sərhəd-keçid məntəqələri cari ay ərzində açılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Ticarət naziri xanım Ruhsar Pekcan bildirib.
Nazir iyundan etibarən xəstəliyin yoluxma səviyyəsinin aşağı düşməsi ilə birlikdə ticarət sahəsində də canlanmanın gözlənildiyini deyib. Qeyd edib ki, post-pandemiya dövründə yerli valyuta ilə ticarət ön plana keçəcək. Bununla bağlı artıq danışıqlar aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Mənbə: azertag.az