Azərbaycanın şərab ixracında böyük azalma

Azərbaycanın şərab ixracında böyük azalma

Azərbaycan 1-ci rübdə 568,6 min dollar dəyərində 31,65 min dekalitr şərab və üzüm suslosu ixrac edib. Bu barədə hökumətdən məlumat verilib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 68,9%, dəyər ifadəsində 61,5% azalıb", - deyə məlumatda bildirilir.

Hesabat dövründə ixracın əsas həcmi (88%) Rusiyanın payına düşüb. Belə ki, yanvar-mart aylarında bu ölkəyə 458,89 min dollar dəyərində (azalma 64%) 27,87 min dekalitr (azalma 71,2%) şərab ixrac edilib.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycan 7 milyon 309 min dollar dəyərində şərab və üzüm suslosu ixrac edib.

Ötən il Azərbaycanda 531,72 min dekalitr şərabçılıq məhsulları istehsal edilib. 2018-ci illə müqayisədə istehsalın həcmi 64,5% azalıb.

2026-cı ilədək şərabçılıq məhsullarının ixrac həcmi 1,875 milyon dekalitrə qədər artırılmalıdır. (“İnterfaks-Azərbaycan”)

Cebhe.info

Mənbə: cebhe.info