Karantində Azərbaycanın bu kəndinə iki gündür su gəlmir-ŞİKAYƏT

Karantində Azərbaycanın bu kəndinə iki gündür su gəlmir-ŞİKAYƏT

Zaqatala rayonunun aşağı Tala kəndinə iki gündür su gəlmir.

Bununla bağlı Sonxeber.az-a şikayət daxil olub.

Zaqatalanın aşağı Tala kəndinin 1983 təvəllüdlü sakini Muxtarova Ramilə karantin müddətində iki gündür ki sözügedən kəndə su gəlmədiyindən şikayət edib. Şikayətçi lazımı qurumların suyu həmin müddətdə günaşırı verdiklərini qeyd edib. Bəzən günaşırı belə kəndddə su problemi olduğunu bildirən sakin suyun kəsildiyini də qeyd edib. Zaqatala sakinin məlumatında kəndin bələdiyyəsinə problemlə bağlı müraciət edildiyi, lakin müsbət cavab alınmadığı da bildirib.
Məsələ ilə bağlı Azərsu Açıq Səhmdar Cəmiyyəti Baş İdarəsinin mətbuat katibi Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Anar Cəbrayıllı məsələ ilə məşğul olunacağını, qısa müddətə bu barədə məlumat veriləcəyini bildirdi.

Şəlalə Babayeva
Sonxeber.az

Mənbə: sonxeber.az