Koronavirus epidemiyası bu şirkətə 2 milyard avro ziyan vurub

Koronavirus epidemiyası bu şirkətə 2 milyard avro ziyan vurub

Koronavirus epidemiyasının yayılması Almaniyanın “Lufthansa” hava yolları şirkətinə 2,1 milyard avro ziyan vurub.

Cebhe.info-nun xəbərinə görə, bu barədə şirkət məlumat yayıb.

Şirkətin açıqlamasına görə, 2020-ci ilin birinci rübündə şirkətin gəlirləri keçən ilin eyni rübü ilə müqayisədə 18 faiz azalıb.

Belə ki, ötən ilin birinci rübündə şirkətin gəlirləri 7. 84 milyard olduğu halda, bu il 6.44 milyarda enib. Bu dövr ərzində şirkətin xalis itkisi 2,1 milyard avroya çatıb.

Xatirə
Cebhe.info

Mənbə: cebhe.info