Ötən illə müqayisədə bu il I-IV ixtisas qrupları üzrə sənəd verənlərin sayı artıb

Ötən illə müqayisədə bu il I-IV ixtisas qrupları üzrə sənəd verənlərin sayı artıb

Bakı, 3 iyun, AZƏRTAC

I-IV ixtisas qrupları üzrə sənəd verənlərin sayı ötən illə müqayisədə bu il daha çoxdur.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ötən il I-IV ixtisas qrupları üzrə 67837 abituriyent ərizə verib. Bu il sənəd qəbulunun bitməsinə bir neçə gün qalsa da, artıq 68527 abituriyent ərizəsini təsdiq edib.

Xatırladaq ki, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı iyunun 9-dək uzadılıb.

AZERTAG.AZ :Ötən illə müqayisədə bu il I-IV ixtisas qrupları üzrə sənəd verənlərin sayı artıb

Mənbə: azertag.az