“Kim işdən çıxırılırsa, altından çoxlu pullar, milyonlar çıxır” - Əli Məsimli

“Kim işdən çıxırılırsa, altından çoxlu pullar, milyonlar çıxır” - Əli Məsimli

Korrupsiyaya və monopoliyaya qarşı mübarizənin genişləndirilməsi və vaxtında tədbirlər görülməsi hesabına da məhkəmə mexanizmi vasitəsi bu sahədə aşkarlanan pulların büdcəyə cəlb edilməsi də büdcə gəlirlərini artırılmasının əlavə mənbəyi kimi çıxış edə bilər.

İyunun 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələ geniş müzakirə olunub. İclasda Maliyyə naziri Samir Şərifov büdcənin icrası ilə bağlı ətraflı məlumat verib. Sonra deputatlar büdcənin icrası ilə bağlı rəy və təkliflərini verib.

Müzakirələr zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib ki, 2019-cu ilin büdcəsi 4,2 milyon nəfəri əhatə etməklə maliyyə tutumu 2,3 milyard manat təşkil edən çox böyük bir Sosial Paketin reallaşdırılması,eləcə də əhalinin 10 min dollara qədər olan kreditlərə görə kompensasiyanın verilməsinin, büdcədə nəzərdə tutulduğundan kənardan heç bir vəsait cəlb etmədən, daxili mənbələr hesabına maliyyələşdirə bilməsi, ötən ilin büdcəsinin icrasını müsbət qiymətləndirmək üçün yetərliidr. Eyni zamanda deputat 2019-cu ilin dövlət büdcəsinin icrasına pandemiyanın yaratdığı yeni situasiyanın, ölkədə həyata keçirilən islahatlar və postpandemiya mərhələsinin çağırışları baxımından 2020-ci ilin ikinci yarısında və növbəti illərdə büdcə prosendə nəzərə alınması zəruri olan bir sıra məsələlərə münasibət bildirib. Əli Məsimlinin fikrincə, Maliyyə Nazirliyi, Hesablama Palatası və Milli Məclisin İqtisadi siyasət komitəsinin təmaslarının ildə bir dəfə payızda-büdcə qəbul ediləndə və sonra da ilin ortasında büdcənin icrasına baxılanda,yəni ildə yalnız 2 dəfə ilə məhdudlaşmaması və əlavə üçtərəfli təmas və görüşləri keçirilməsi büdcə tərtibatı və xərcləmələrin yeni dövrün tələbləri baxımından araşdırmaların dərinləşdirilməsi və sair baxımdan ümüumi işin xeyrinə olar.

Əli Məsimli eyni zamanda bildirib ki, əgər Neft Bumu mərhələsində hər il büdcəyə 15, bəzən 20 milyard dollar vəsait daxil olurdusa, neftimizin dünya bazarındakı bugünkü qiymətini əsas götürüb bir hesablama aparsaq, bu il Neft Fondunun gəlirləri 5 milyard dollardan bir qədər artıq ola bilər.Ona görə də Dövlət Neft Fondundan büdcəyə transfertlərin tədricən azaldılması, çox çətin və mürəkkəb olacağı gözlənilən postpandemiya dövründə xüsusi əhəmiyyət kəsb edəcək. Əli Məsimlinin fikrincə, əgər büdcə iqtisadiyytın güzgüsüdürsə və neft amili Azərbaycan iqtisadiyyatda böyük rol oynayırsa,deməli bu məntiqlə neft amilinin büdcəmizdə də böyük rol oynaması aydın məsələdir. Ona görə də hazırda Dövlət Neft Fondundan transfertlərin büdcə gəlirlərindəki payını Strateji Yol Xəritəsində hədəflənən 15 faiz səviyyəsinə endirmək real görünməsə də, istər iqtisadiyyatımızın,istərsə də büdcəmizin neft amilindən asılılığının azaldılması və məqbul həddlər çərçıvısinə salınması istiqamətində səylərin artrılması çox vacibdir”. Deputat onu da xüsusi vurğuladı ki, Dövlət Neft Fondundan transfertlərin azaldılması müqabilində əlavə ehtiyat mənbələrindən istifadənin dairəsi genişləndirilməliidir.Adətən “neftdən sonra nə” sualına cavab olaraq kənd təsırrüfati göz önünə gəlir. Düzdür, bu sahənin və onunla bağlı sahələrin potensialı böyükdür,amma 2019-cu ilin büdcəsində neftdən sonra daha çox əlavə gəlir gətirən istqamət islahatların genişləndirilməsi və dərinləşdirilməsinin ilkin nəticələri, kölgə iqtisadiyyatının bir qədər daraldılması,xüsusən də vergi və gömrük sahəsindəki “ağartmalar” ötən ilin büdcəsinə 1 milyard manatdan artıq əlavə vəsaitin daxil olmasına gətirib çıxarıb. Bu il də birinci rübdə 300 milyon manatdan artıq və maliyyə nazirinin açıqladığı yeni rəqəmə görə isə 5 ayda 500 milyon manatdan artıq əlavə vəsait daxil olub.Deməli bu sahədə büdcəyə əlavə vəsait cəlb etməkədən ötrü kifayət qədər ehtiyatlar var”.

Digər əlavə mənbədən danşarkən Əli Məsimli bildirib ki, “kim işdən çıxırılırsa, altından çoxlu pullar, milyonlar çıxır. Deməli korrupsiyaya və monopoliyaya qarşı mübarizənin genişləndirilməsi və vaxtında tədbirlər görülməsi hesabına da məhkəmə mexanizmi vasitəsilə bu sahədə aşkarlanan pulların büdcəyə cəlb edilməsi də büdcə gəlirlərini artırılmasının əlavə mənbəyi kimi çıxış edə bilər”. Deputatın qənaətinə görə, “maliyyə aministiyası,kapitala aministiya verilməsi istiqamətində fəaliyyət sürətləndirilməslidir”. Amma obyektiv araşdırmalar da aparılmalıdır ki, niyə dünyada,xüsusən də postsovet məkanında bu yöndə atlan addımlar hesablna çox az vəsait ortaya çıxarıla bilir. Bu məsələnin obyektiv dəyərləndirilməsi və maliyyə amnistiyasından daha çox faydalanmağın optiimal variantının tətbiq edilməsi zəruridir.

Əli Məsimli bildirdi ki, sahibkarlığın inkişafının genişləndirilməsi, regionların potensialında istifadənin səmərəlilinin artırılması büdcəyə əlavə vəsait cəlb edilməsində mühüm yer tuta bilər.”Uzun illərdir ki, dövlət büdcəsinin gəlirlərinin yalnız 3-4%-i yerli gəlirlərin payına düşür. Bu,müəyyən dərəcədə regionlarda həyat səviyyəsini də xarakterizə edən göstıricilərdən biridir. Regionlarda orta əmək haqqı olkə üzrə olan orta əmək haqqında 1,7 1,8 dəfə azdır. Özəl sektorda orta əmək haqqı dövlət sektorundakından 40 faiz,əslində bundan da çoxur. Regionların potensialında istifadənin səmərəliliyinin artrılması,yerlərdə sahibkarlığın qarşısnda duran maneələrin aradn qaldırılması,özəl biznesə geniş meydan verməklə həm büdcə gəlirlərinin formalaşmasında regionların büdcəyə töhfəsini xeyli artırmaq,həm də iqtisadi siyasətin əsas hədəfi olan əhalinin güzəranının yaxşılaşdırılması,dövlət sektorunda çalışanların maaşları ilə yanaşı, regionlarda özəl sektor hesabına da gəlirlərin tədricən 30-40 faiz artılmasına nail olmaq olar”.

Əli Məsimli bildirib ki, 2019-cu ilin büdcəsində kəsir proqnozdan 10 dəfə aşağı salınıb.Bunun lüzumsuz xərclərin azaldılması, qənaət rejiminə əməl edilməklə həyata keçirilən hissəsini məqbul saymaq olar. Eyni zamanda başqa bir maqamın da araşdırılmasına ehtiyac var ki, qarşılıqlı borcların artmasına təsir etməsin.Çünki büdcədə nəzərdə tutulub,amma vaxtında ödənilməyən hər manat qarşılıqlı borclar sistemindən keçərək 4-5 manat və daha çox əlavə borc yaradır.Məsələn, Akademiyaya ayrılması nəzərdə tutulub,amma vaxtında verilməyən vəsait qarşılıqlı borclar mexanizmi vasitəsilə onun işıq idərələrinə borcunu, işıq idarələrinin-Neft Şirkətindən aldığı qaza görə borcunu, Neft Şirkənin hansısa başqa bir şirkətdən aldığı komplektləşdirici məmulata görə borcunu, komplektləşdirici məmulat istehsalçısı isə başqa bir bir şirkətə borcunu artırır. Bu isə ölkə iqtisadiyytaı üçün əlavə problemlər yaradır və büdcə daxilolmalarına da mənfi təsir gstərir. Ona görə də bu məsələyə diqqətin artırılmasını, debitor borc məbləğinin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi məqsədinə xidmət edən xüsusi müzakirələrin keçirilməsi faydalı olar.

Əli Məsimli bildirdi ki, dövlət investisiyalarının iqtisadi artım templərinə təsirini artırmaqdan və qeyri-neft sektorunun inkişfını sürətləndirməkdən ötrü, digər şərtlərlə yanşı həm də həmin sərmayələrin real sektorla əlaqəsinin gücləndirilməsinə ciddi ehtiyac var.Bankların da verdiyi kreditlərin real sektorla əlaqəsi çox zəifdir.Bu sahədədə təsirli tədbirlərin görülməsinə ehtiyac var.

Bununla yanaşı deputat bildirdi ki,investsiaya xərclərinin bir hissəsinin dövlət müəssisə və təşkilatların subsuidiyalaşdırılmasına,onları nizamnamə kapitalının artırılmasına və sairə yönəldilməsinin obyektiv məqamları aydın olsa da, büdcəyə ciddi yükdü.”Həmin müəssisələrin subsuidiyalaşdırılmasına,onları nizamnamə kapitalının artırılması böyük maliyyələr xərcləməkdənsə, bu sahədə obyektiv araşdırılmaların aparılması,zəruri hesab edilən sahələrin dövlətdə saxlanılması,münasib hesab edilən digər sahələrin uzunmüddətli istifadəyə verilməsi, səhmlərinin satılması və ciddi təhlillərdən sonra,özəlləşdirilməsi istiqamətində də addımları atılması bazar iqtisadiyyatının prinsiplərinə daha uyğundur ki, bu müəssisələr özləri də vəsait əldə etsinlər.Dövlət müəssisə və təşkilatlarının subsuidiyalaşdırılmasına,onları nizamnamə kapitalının artırılmasına yönəldilən vəsaitlərə edilən qənaət hesabına isə elmtutumlu,innovasion,rəqəmsallaşmış sahələrin inkişafına,eləcə də sosial proseslərin tənzimlənməsi sahəsindəki problemləri həllını sürətləndirib,əhalinin güzərannın yaxşılaşdırılmasına yönəldilməsi indiki dövrün çağırışlarına daha çox cavab verən variantdır.”

Mənbə: moderator.az