Ermənistan aviasiya şirkətlərinin fəaliyyətində təhlükəsizlik qaydalarına əməl edilmir

Ankara, 3 iyun, AZƏRTAC

Avropa Birliyi Komissiyası Ermənistan Hava Yolları şirkətini “qara siyahı”ya daxil edib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qurum hər il iki dəfə ölkələrin mülki aviasiya şirkətlərinin fəaliyyətini təftiş edir.

Bildirilir ki, Avropa Birliyi Komissiyası tərəfindən Ermənistanın Mülkü Aviasiya Komitəsi və bu ölkədə fəaliyyət göstərən 6 aviasiya şirkətinin fəaliyyətini təhlil edəndən sonra belə bir qərar qəbul edilib. Bildirilir ki, Ermənistan aviasiya şirkətlərinin fəaliyyətində təhlükəsizlik qaydalarına əmək edilmir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi olub - VİDEO

SONRAKI XƏBƏR

Növbəti həftədən qadağalar bütün ölkəni əhatə edəcək