Korona ilə bağlı ən təhlükəli hava limanlarının - SİYAHISI

Koronavirusla bağlı virusa yoluxma riskinin daha yüksək olduğu hava limanlarının siyahısı açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi yayıb.

Siyahıya əsasən, Əfqanıstan, Banqladeş, Belarus, Belçika, Dominikan Respublikası, Misir, İndoneziya, İran, Qətər, Kolumbiya, Küveyt, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Peru, Pakistan, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Çili və Ekvadorda bütün hava limanlarında koronavirusa yoluxma riski yüksəkdir.

Bundan əlavə, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, ABŞ və Rusiyanın iri şəhərlərində yerləşən hava limanları yoluxma riskinin daha yüksək olduğu hava limanları hesab edilib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Xəlifə Həftar Qahirədə Liviyadakı son vəziyyəti müzakirə edəcək

SONRAKI XƏBƏR

Koronavirusa yoluxan şəxs dostları ilə ad gününü qeyd etdi