Mənzil bazarında son vəziyyət - Ekspert

Mənzil bazarında son vəziyyət - Ekspert

Hazırda əmlak bazarında canlanma müşahidə edilir.

Bu sözləri Axar.az-a mənzil bazarının hazırkı vəziyyəti barədə danışan əmlak eksperti Mirdamət Əzizov deyib. O bildirib ki, bu canlanma İpoteka və Kredit Zəmanət Fondunun ipoteka ayırmaları hesabına baş verir:

“Məlum pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejimi dövründə ipoteka yolu ilə mənzil almaq istəyən şəxslərin mənzil sənədlərini təqdim etmə müddəti uzadıldı. Hazırda ipoteka ayırmaları nəticəsində əmlak bazarında tələbatçıların sayı artıb. Bu da əmlak bazarında evlərin qiymətinin artmasına səbəb olur”.

Ekspert onu da qeyd edib ki, bu tendensiya kirayə mənzil bazarında tam əks formada özünü göstərir:

“Kirayə mənzil bazarında hazırda durğunluq yaşanır. Bu da kirayə mənzil qiymətlərinə təsirsiz ötüşmür. Kirayə mənzillərə tələbat əsasən yeni tədris ilinin baslanmasına 1-2 ay qalmış daha çox olur. Bu, iyul, avqust və sentyabr aylarını əhatə edir. Ümumi şəkildə bütün bu prosesləri səciyyələndirsək, daşınmaz əmlak bazarında mənzil satışı yay və qış fəsillərində zəif olur, yaz və payız aylarında isə canlanma müşahidə edilir. Kirayə mənzil bazarında bu proses yalnız yay aylarında zəif xarakter daşıyır".

Mənbə: axar.az