"Azərbaycan Banklar Assosiasiyası" videokonfrans keçirib

"Azərbaycan Banklar Assosiasiyası" videokonfrans keçirib

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin “Ödəniş sistemləri və rəqəmsal bankçılıq” və “Marketinq və PR” ekspert qruplarının, eləcə də Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) və Almaniyanın “Sparkassenstiftung für internationale Kooperation” adı qurumunun birgə təşkilatçılığı ilə videokonfrans keçirilib.

“Report” bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə, görüşdə tərəflərin Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə hazırladığı "Koronavirus infeksiyasından qorunmaq üçün mən bank xidmətlərindən necə istifadə edə bilərəm?", "Alış-veriş zamanı koronavirus infeksiyasından özümü necə qoruya bilərəm?" və "Karantin rejimində mən öz ödəniş kartımın balansını necə artıra bilərəm?" adlı video-çarxların davamı olaraq hazırki şəraitdə vətəndaşların, eyni zamanda kiçik və orta biznes nümayəndələrinin bankların xidmətlərindən necə istifadə etmələrinə dair əlavə yeni videoların da hazırlanaraq ictimaitləşdirilməsi, vətəndaşların bankların rəqəmsal xidmətlərindən istifadə etməklə banka gəlmədən öz sağlamlıqlarını qoruması ilə əlaqədar yeni videoların çəkilməsi məsələləri müzakirə edilib.

Tərəflər həmçinin, rəqəmsal ödənişlərin inkişafı ilə əlaqədar vətəndaşlar arasında sorğunun keçirilməsi məsələsini nəzərdən keçiriblər.

Mənbə: report.az