Turizm istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları müzakirə olunacaq

Turizm istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları müzakirə olunacaq

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 5-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə turizm istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları ilə bağlı vebinar təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, vebinarın keçirilməsində məqsəd peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsidir.

Onlayn seminarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə, Azərbaycan Respublikasının Turizm Agentliyinin Təhsil və təlim sektorunun müdiri Hüseyn Həsənov, “JW Marriott Absheron Baku” otelinin İnsan resursları şöbəsinin müdiri Sevinc Purvis, “Fairmont Baku Flame Towers” otelinin Heyətin idarə edilməsi şöbəsinin direktoru Fəridə Abbasova, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandirova, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris istehsalat işləri üzrə direktor müavini Kifayət Bayramova turizm istiqamətində görülən işlər, mövcud bazarın tələbi və peşə təhsil müəssisələrində təhsil alanlar üçün iş imkanlarından bəhs edəcəklər.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində canlı yayımlanacaq vebinarda izləyicilərin sualları da cavablandırılacaq.

Mənbə: azertag.az