Genetik Ehtiyatlar İnstitutunda yaradılan komissiya şöbələrin sahə təcrübələrinin vəziyyətini qiymətləndirib

Genetik Ehtiyatlar İnstitutunda yaradılan komissiya şöbələrin sahə təcrübələrinin vəziyyətini qiymətləndirib

Bakı, 4 iyun, AZƏRTAC

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda və onun təcrübə bazalarında tədqiqat işlərinin metodik cəhətdən düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət olunması, toplanılan və öyrənilən genetik ehtiyatlar haqqında informasiyaların məlumat bazasına daxil edilməsi, eləcə də yarımillik və illik hesabatların müzakirə edilərək Elmi-Texniki Şuraya və institutun Elmi şurasına təqdim edilməsi məqsədilə Monitorinq Komissiyası yaradılıb. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Bildirilib ki, institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun müvafiq əmrinə əsasən yaradılmış Monitorinq Komissiyası karantin rejiminin tələblərinə uyğun olaraq müəssisənin bir sıra şöbələrinin (biotexnologiya, molekulyar sitogenetika, dənli, taxıl və paxlalılar, texnologiya, tərəvəz və bostan) sahə təcrübələrinin vəziyyətini qiymətləndirib.

Mənbə: azertag.az