Böyük Britaniyada avtomobil satışları 4 dəfədən çox artıb

Böyük Britaniyada avtomobil satışları 4 dəfədən çox artıb

Bu ilin may ayında Böyük Britaniyada avtomobil satışları aprel ayı ilə müqayisədə 4,6 dəfə artaraq 20 000 avtomobilə çatıb.

"APA-Economics"in “Reuters”ə istinadən verdiyi məlumata görə, aylıq artıma baxmayaraq, illik müqayisədə bu göstərici 9,2 dəfə azdır.

Qeyd edək ki, 2020-ci ilin aprel ayında ölkədə avtomobil satışları COVID-19 pandemiyasının fonununda 1946-ci ildən bəri ən aşağı səviyyəyə enmişdi. Aprel ayında Böyük Britaniyada cəmi 4 321 avtomobil satılmışdı.

Mənbə: apa.az