Koronavirus rusların alkoqola marağını yenə artırdı

Koronavirus rusların alkoqola marağını yenə artırdı

Özünütəcrid rejimində rusiyalılar böyük həcmdə alkoqol almağa başlayıblar.

Axar.az xəbər verir ki, bu nəticə “Nielsen” şirkətinin apardığı tədqiqatdan sonra ortaya çıxıb. Məlumata görə, həcmi 1 litrdən çox olan alkoqollu məhsullar içərisində rusiyalılar araq və viskiyə daha çox maraq göstəriblər. Belə ki, 2020-ci ilin aprelində arağın satışı keçən ilin analoji dövrü ilə müqayisədə 19%, viskinin isə 52% artıb.

Maraqlı məqam odur ki, aprelə qədərki dövr ərzində arağın satışı 26%, viskinin satışı isə 5% azalmışdı.

Mənbə: axar.az