BƏƏ tranzit reyslərini bərpa edəcək

BƏƏ tranzit reyslərini bərpa edəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkənin hava limanları vasitəsilə tranzit uçuşlara icazə verəcək. “APA-Economics” “TASS”a istinadən xəbər verir ki, bu barədə əmirlik hökumətinin “Twitter” hesabında məlumat verilib.

Dəqiq tarix hələ ki, göstərilməyib. BƏƏ hava limanları üzərindən tranzit uçuşlarını yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədilə mart ayında dayandırıb.

Pandemiya başlayandan indiyədək ölkədə 36 mindən çox koronavirusa yoluxma qeydə alınıb. 19 mindən çox xəstə sağalıb, 270 nəfər isə dünyasını dəyişib.

 

Mənbə: apa.az