Çin iyunun 8-dən bütün xarici uçuşlara icazə verir

Çin iyunun 8-dən bütün xarici uçuşlara icazə verir

Buna həm Çindən xarici dövlətlərə, həm də Çinə olan beynəlxalq uçuşlar daxildir.

KONKRET.az bu ölkənin yerli mediasına istinadən xəbər verir ki, qərarda müəyyən istisnalar var. Belə ki, əgər Çinə uçacaq təyyarənin sərnişinləri arasında 5 nəfər koronovirusa yoluxmuş adam qeydə alınarsa onda bir həftəliyə bu reys dayandırılacaq. Əgər sərnişinlər arasında 10 və daha çox xəstə qeydə alınsa, onda bu reys bir aylığa dayandırılacaq. Yox əgər sərnişinlər arasında hər hansı bir xəstə qeydə alınmasa, onda bu reys üzrə həftədə 2 dəfə uçuşlara icazə veriləcək.

SURXAY

Mənbə: konkret.az