İlham Əliyev yol tikintisinə vəsait ayırdı - SƏRƏNCAM

İlham Əliyev yol tikintisinə vəsait ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC xəbər verir.

Sərəncama əsasən, on dörd min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq beş milyon manat ayrılıb.

Mənbə: www.oxu.az