Almaniya iqtisadiyyatı dəstəklənəcək

Almaniya iqtisadiyyatı dəstəklənəcək

Almaniya hökuməti iqtisadiyyatı dirçəltmək üçün maliyyə tədbirləri planını təsdiq edib.

“Report” “Forbes”ə istinadən xəbər verir ki, bu il ölkə ÜDM-nin 6 faiz azalacağı güman edilir:

“Bu il ikinci dünya müharibəsindən sonrakı dövrün ən ağır resesiyası gözlənilir. İqtisadiyyatı xilas etmək üçün hökumət mart ayından sonra sayca ikinci olan maliyyə planını təsdiqlədi.146 milyard ABŞ dolları həcmində olan plana görə alıcılıq qabiliyyətini artırmaq məqsədilə iyul ayından əlavə dəyər vergisi 19 faizdən 16-dək azaldılacaq. Həmçinin kiçik və orta sahibkarlığını dəstəkləmək üçün 28 milyard dollar vəsait ayrılacaq. Bundan əlavə ailələrə hər uşaq üçün 336 dollar həcmində birdəfəlik müavinət veriləcək”.

Kansler Angela Merkel bu planın 2020-2021-ci illəri əhatə etdiyini bildirib.

Mənbə: report.az