İranda REKORD ARTIM: son 2 ildə...

İranda REKORD ARTIM: son 2 ildə...

İranın paytaxtı Tehranda yoxsulluq həddi son iki ildə rekord səviyyəyə çatıb.

Publika.az xəbər verir ki, paytaxtda yoxsulluq həddi 80% artaraq 4 milyon 500 min tümənə çatıb.

“Fars” informasiya agentliyinin məlumatına görə, İran Parlamenti Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Qasımi millət vəkillərinə ölkədəki iqtisadi problemlər və həlli yolları haqqında təqdimat edib. O, Tehranda yaşayan 4 nəfərlik ailə üçün 2017-ci ildə 2 milyon 500 min tümən hesablanan yoxsulluq həddinin 2019-cu ildə 4 milyon 500 minə çatdığını deyib.

İranda minimum əmək haqqı bu il 21% artımla 1 milyon 835 min tümənə çatdırılıb.

Mənbə: publika.az