“Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın 2-ci tirajı keçirilmişdir

“Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın 2-ci tirajı keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankında cari ilin 15 may tarixində Visa Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə cəmiyyətdə nağdsız ödənişlərə marağın artırılması məqsədilə həyata keçirilən, cari ilin martaprel aylarını əhatə edən “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın 2-ci tirajı oynanılmışdır.

Lotereya Mərkəzi Bankla Visa Beynəlxalq Xidmət Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə həyata keçirilmişdir.

Lotereya dövründə Azərbaycan bankları tərəfindən emissiya edilmiş “Visa” brendli ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə etmişdir. Bu dövrdə uduş məbləği 100 manat olmaqla, ümumilikdə 300 şəxs qalib olmuşdur.

I tiraj dövrünü əhatə edən mart ayında lotereya şərtlərinə uyğun olan 182 002 ödəniş kartı ilə aparılmış 867 690 əməliyyat, II tiraj dövrünü əhatə edən aprel ayında isə müvafiq olaraq 159 348 ödəniş kartı ilə aparılmış 762 029 əməliyyat lotereyada qalib olmaq şansı əldə etmişdir.

Nəticə etibarilə, cari ilin mart-aprel ayları ərzində bütün ölkə üzrə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların sayı 17.5 milyona, həcmi isə 977.3 milyon manata çatmışdır. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 71% və 39% artım deməkdir. Mərkəzi Bank tərəfindən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində təbliğat və təşviqat tədbirləri davam etdiriləcəkdir.

Lotereya üzrə qaliblərin siyahısı ilə Mərkəzi Bankın rəsmi internet səhifəsində tanış olmaq olar: https://www.cbar.az/page-179/pay-with-visa-and-earn

Mənbə: banker.az