Avtobuslarda kondisionerlər iş salındı: 12 gün tez

Avtobuslarda kondisionerlər iş salındı: 12 gün tez

Yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, müntəzəm sərnişin avtobuslarında sərinlədirmə sistemlərinin işə salınmasına göstəriş verilib.

Bu barədə Cebhe.info-ya Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, sərnişinlərin rahatlığı baxımından qəbul olunan qərarla bağlı daşıyıcılara da xəbərdarlıq edilib:

“Artıq bu gündən mərhələ ilə avtobuslarda sərinləndirmə sistemləri işə salınır. Qeyd edim ki, bundan əvvəlki illərdə də məhz sərnişinlərin rahatlığı nəzərə alınaraq sərinləndirmə sistemləri vaxtından əvvəl işə salınıb”.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info