Mart-aprel aylarında ödəniş kartları ilə 977,3 milyon manatlıq əməliyyatlar aparılıb

Mart-aprel aylarında ödəniş kartları ilə 977,3 milyon manatlıq əməliyyatlar aparılıb

Bakı, 4 iyun, AZƏRTAC

Mart-aprel ayları ərzində bütün ölkə üzrə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların sayı 17,5 milyona, həcmi isə 977,3 milyon manata çatıb.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 71 faiz və 39 faiz artım deməkdir. Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində təbliğat və təşviqat tədbirlərini davam etdirəcək.

AZERTAG.AZ :Mart-aprel aylarında ödəniş kartları ilə 977,3 milyon manatlıq əməliyyatlar aparılıb

Mənbə: azertag.az