Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əks-dolğu işləri görülərək kipləşdirmə işləri görülüb və yeni yol əsası inşa edilərək hamarlayıcı lay asfalt-betonla örtülüb. Bundan başqa layihə əsasında mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilərək küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, həmçinin küçə boyu nəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün 2.5 metr enində xüsusi parkinq yerləri yaradılır. Hazırda Mehdi Mehdizadə küçəsində asfaltlanma işləri görülür. Küçəyə 2 laydan ibarət yeni asfalt-beton örütüyü döşənir.AAYDA-nın mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, Mehdi Mehdizadə küçəsində müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan yenidənqurma işləri Nizami və Sabit Orucov küçələrini bir-biri ilə bağlayan digər ara yolları da əhatə edəcək.
Layihənin sonuncu mərhələsində Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissəsində yeni yol qovşağı yaradılacaq. Qovşaqda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar quraşdırılacaq, zəruri yerlər yol nişanları qoyulacaq, yolcizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkiləcək.
Qeyd edək ki, Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən nəqliyyat qovşağının yaradılması ərazidə yarana biləcək tıxacların qarşısının alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək.
***
12:31
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bu barədə məlumat verir.
"Növbəti mərhələdə Sabit Orucov küçəsində işlər aparılacaq. Mehdi Mehdizadə küçəsinin uzunluğu 1 km-dən biraz artıqdır. Ara yolların da təmiri nəzərdə tutulur. Sonuncu mərhələdə Yusif Səfərov küçəsində yeni yol qovşağı yaradılacaq. Tıxacların, ləngimələrin aradan qalxması çərçivəsində bu əhəməiyyətli olacaq. Hərəkət işıqforlarla tənzimlənəcək", deyə AAYDA-nın mətbuat katibi bildirib.
Mənbə: www.realtv.az