Əməkhaqqı kartları kəskin azalıb – Hesabat

Əməkhaqqı kartları kəskin azalıb – Hesabat

4 iyun, Fineko/abc.az. Azərbaycanda 2020-ci ildə dövriyyədə olan əməkhaqqı kartlarının sayında azalma müşahidə edilir.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar ayında 2 milyon 355 min, fevral ayında 2 milyon 347 min, mart ayında 2 milyon 334 min, aprel ayında 2 milyon 333 min ədəd əməkhaqqı kartı olub.

Əməkhaqqı kartlarının sayı 2019-cu ilin dekabr ayında 2 milyon 316 mindən 2020-ci ilin yanvar ayında 2 milyon 355 minə qədər artsa da aprel ayına doğru 2 milyon 333 minə qədər azalıb. Əmək haqqı kartlarının sayının azalması koronavirus dövründə işçilərin işdən azad edilməsi, yəni ixtisarlarla bağlıdır.

Müəllif: Elmir Murad

 

Mənbə: abc.az