Astarada 4356 hektar sahədə yazlıq bitkilər əkilib

Astarada 4356 hektar sahədə yazlıq bitkilər əkilib

Astara, 4 iyun, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunda indiyədək 4356 hektar sahədə yazlıq əkin aparılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yazlıq əkin sahəsinin 589 hektarını dənli və dənli paxlalılar, 190 hektarını dən üçün qarğıdalı, 1033 hektarını kartof, 1983 hektarını tərəvəz, 394 hektarını bostan bitkiləri, 165 hektarını yonca və 1 hektarını dən üçün günəbaxan təşkil edir.

Hazırda rayonda tərəvəz və bostan bitkilərinin əkini davam edir.

Astarada yazlıq əkin kampaniyası iyunun 20-dək başa çatacaq.

Qeyd edək ki, ötən il rayonda 5972 hektarda yazlıq bitkilər əkilib.

Mənbə: azertag.az