“Tutuquşu kimi qonşu ölkələr nə etdisə, onun təkrar etməməlidilər”

“Tutuquşu kimi qonşu ölkələr nə etdisə, onun təkrar etməməlidilər”

Operativ Qərargaha daxil olan alimlər kimlərdir?! Hansı mütəxəssislər orada təmsil olunurlar?! Qərarların verilməsi mexanizmi necədir?! Məlumat analizi, modelləşmə necə aparılır?! Qərarların məsuliyyətini kim daşıyır?! Əgər Mall, kafe, restoran, qeyri-ərzaq satış yerlərinin açılması virusun yayılmasına səbəb oldusa, nədən belə bir qərar verdilər?! Bankların qarşısı insanlarla doludur, nədən normal sistem qurub cəmi 190 manat olan ödənişi təşkil edə bilmədilər?! Ümumiyyətlə, bank sektoru nədən daş dövründə qalıb, nə səbəbə “online banking” bizdə inkişaf etmir?! Bəlkə inhisarçılıq, bankların dar bir çevrəyə məxsus olması da vətəndaşın günahıdır?!

Bu suallara cavab verə biləcək bir baba-igid varml?! Xub, vətəndaşların da məsuliyyəti var, sorumsuz davrananlar çoxdur, amma vətəndaşa məsuliyyətli davranmağı kim öyrətdi ki, vətəndaş da öyrənmədi?! Hanı TV-lərdə sosial çarxlar, təşviq rolikləri?!

Normalda Operativ Qərargahda elm adamları olmalı, elmi yanaşma ortalığa qoyulmalıdı, daha tutuquşu kimi qonşu ölkələr nə etdisə onun təkrar etməməlidilər...

Mənbə: pravda.az