Azərbaycanda BOKT-un rəhbər işçilərə verilən əməkhaqları açıqlandı

Azərbaycanda 9 ildir fəaliyyət göstərən kredit təşkilatı “ProKredit” BOKT ASC işçi heyətinə çəkilən xərcləri açıqlayıb.

Banker.az olaraq bunun çox nadir hallarda kredit tıkilatları tərəfindən belə bir hesabatlar açıqlanırlar.

Məlumata görə, BOKT-un Baş direktoru aylıq 1 442 manat əməkhaqqı alıb. Ondan sonrakı ikinci vəzifədə 1 icraçı direktoru var, onun da əməkhaqqısı aylıq 1 307 manat təşkil edib.

“ProKredit”in mühasibi 433 manat/aylıq əməkhaqqı olub.

Kredit mütəxəssisləri isə ötən il ərzində 251 manat/aylıq əməkhaqqı alıblar. Bildirməliyik ki, ötən ildən başlayaraq ölkədə sahibkarlar minimal əmək haqqı 250 manat/aylıq səviyyəsində müəyyən etməlidir. Cəm olaraq isə kredit mütəxəssislərinin əmək haqqı 502 manat/aylıq təşkil etmişdir.

Xatırladaq ki, “ProKredit” BOKT 2011-ci ildə yaradılıb, 1.1 milyon manat nizamnamə kapitalına sahibdir. Səhmləri Məhəbbət və Rəna Məmmədovlara məxsusdur.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

SONRAKI XƏBƏR

Yayda dəriyə qulluq – 7 ÇOX SADƏ QAYDA