Azərbaycanda pambıq istehsalının artımı planlaşdırılır

Azərbaycanda pambıq istehsalının artımı planlaşdırılır

2019-cu ildə Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsi “Azərpambıq” MMC 80 542 ton pambıq istehsal edib.

Bunu Open.az-a Azərbaycan Sənaye Korporasiyasının Aqrar istehsal və ticarət departamentinin direktoru İlham Bayramov deyib.

Onun sözlərinə görə, ötən il 2018-ci illə müqayisədə 24 min ton və ya 40 faiz çox məhsul istehsal edilib.:

“2019-cu ildə pambıqdan olan məhsulun keyfiyyətinin artması da müşahidə edilib. Pambıq emalı prosesi davam edir, bu günədək 26 min ton pambıq lifi istehsal edilib”.

Direktorun sözlərinə görə, bu il 15 rayonda 29 min hektar sahədə pambıq səpini planlaşdırılır. Bu günədək 23 min hektar səpilib. 8 500 hektar sahədə pambıq yetişib.

Xatırladaq ki, ötən il məhsuldarlıq bir hektardan 28 sentner həcmində nəzərdə tutulub, bu il həmin göstəricinin 30 sentner olması proqnozlaşdırılır.

Mənbə: open.az