Dollarla bağlı mühüm açıqlama veriləcək UCUZLAŞACAQ

Dollarla bağlı mühüm açıqlama veriləcək UCUZLAŞACAQ

Bu gün Dollara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaqdır. Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq, işsizlik və maaş artımı məlumatlarına fokuslanıb.

2020-ci ilin May ayına dair kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır.

ABŞ-da May ayında məşğulluğun 8 min azalacağı gözlənilir. Apreldə məşğulluq 20 min 537 nəfər azalmışdı.

Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Mayda 19,8%-ə yüksələcəyi proqnozlaşdırılır. Apreldə işsizlik 14,7% təşkil etmişdi.

Həmçinin ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaqdır. Saatlıq maaşın orta hesabla illik müqayisədə 8,5%, ayıq müqayisədə 1% artacağı gözlənilir. Apreldə artım illik 7,9%, aylıq isə 4,7% olmuşdu.

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaric digər sektorlarda son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.(Fins.az)

Mənbə: www.iqtisadiyyat.az