ETHAD HAVA YOLLARI ÖZ QLOBAL ŞƏBƏKƏSİ ÇƏRÇİVƏSİNDƏ APARICI ŞƏHƏRLƏRARASI XÜSUSİ UÇUŞLAR HƏYATA KEÇİRƏCƏK

ETHAD HAVA YOLLARI ÖZ QLOBAL ŞƏBƏKƏSİ ÇƏRÇİVƏSİNDƏ APARICI ŞƏHƏRLƏRARASI XÜSUSİ UÇUŞLAR HƏYATA KEÇİRƏCƏK

Üç qitənin 20 müxtəlif şəhərini birləşdirəcək uçuşlar

 

Abu Dabi, Birləşmiş Ərəb Əmirlikləri - İyunun 10-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin milli aviaşirkəti Etihad Airways, Abu Dabi üzərindən Avropa, Asiya və Avstraliyanın 20 şəhəri arasında uçuşlara başlayacaq. Bu xidmət xüsusi səyahətlərdə olanlara dünyanın bir sıra əsas istiqamətlərinə Əmirliklərin paytaxtı vasitəsi ilə asanlıqla səyahət etməyə imkan verəcək.

Bu yaxınlarda Etihad Melbrun və Sidneydən Londona uçuşlar, Abu Dabi vasitəsi ilə Londona və Londondan birbaşa uçuşlar təşkil etmişdir.

İyun ayı ərzində də Etihad Abu Dabi vasitəsi ilə qeyd edilmiş bir sıra uçuşları həyata keçirəcəkdir. Abu Dabi üzərindən Cakarta, Kəraçi, Kuala Lumpur, Manila, Melburn, Seul, Sinqapur, Sidney və Tokiodan Avropanın böyük şəhərləri - Amsterdam, Barselona, Brüssel, Dublin, Frankfurt, Cenevrə, London, Madrid, Milan, Paris və Sürixə silsilə uçuşlar olacaqdır.

Seçimlərini görmək və səfər edəcəkləri son ölkədə müvafiq giriş qaydaları barədə məlumat almaq üçün avia bilet bron edənlərə

www.etihad.com/transfer səhifəsinə daxil olmaları tövsiyə olunur. Uçuşları mobil tətbiq, həmçinin Etihad Airways əlaqə mərkəzinə +971 600 555 666 (BƏƏ) zəng etməklə və yerli və ya onlayn səyahət agentliyi vasitəsi sifariş etmək mümkündür.

 

Etihad BƏƏ hökumətinin və beynəlxalq tənzimləmə və səhiyyə orqanlarının göstərişlərini izləməyə davam edir və COVID-19 yayılmasının məhdudlaşdırılması istiqamətində öz rolunu oynayır. Aviaşirkət yüksək sanitariya və müştəri təhlükəsizliyi proqramı həyata keçirərək müştəri səyahətinin hər bir hissəsində ən yüksək gigiyena standartlarına əməl edir. Buraya iaşə, təyyarə və kabinlərin dərindən təmizlənməsi, qeydiyyat, sağlamlıq müayinəsiekipajla qarşılıqlı əlaqə, yemək xidməti, sərnişinlərin hava gəmisini tərk etməsi və yerüstü nəqliyyat daxildir.

 

Mənbə: ednews.net