Sahil Babayev onu Məşğulluq Mərkəzinə direktor TƏYİN ETDİ

Sahil Babayev onu Məşğulluq Mərkəzinə direktor TƏYİN ETDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Sabunçu Məşğulluq Mərkəzinə yeni direktor təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Elnur Adilov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətinin Sabunçu Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, buna qədər həmin mərkəzin direktoru Axundova Könül Arif qızı olub. O, Suraxanı rayon icra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyinat alıb.

Famil Fərhadoğlu

Mənbə: www.unikal.org