“EmbaFinans” BOKT ona yaxın şirkətdən yetərincə müştəri qəbul edə bilməyib

“EmbaFinans” BOKT ona yaxın şirkətdən yetərincə müştəri qəbul edə bilməyib

Azərbaycanda mebel istehsalçısı və satışını həyata keçirən “Embawood” MMC-yə yaxın olan kredit təşkilatı “EmbaFinans” BOKT-un ötən yazımızda buraxdığı qiymətli kazığlar və cəlb etdiyi faizli borclar hesabına əsasən istehlak kreditləşməsində iştirakıı ötən dəfəki yazımızda qeyd etmişdik.

BOKT-un “Embawood” ilə bazar mövqeyi və satışları sıx əlaqəlidir. Verdiyi kreditlərin əhəmiyyətli hissəsini “Embawood”un istehsal etdiyi mebellər üzrə verdiyi kreditlər təşkil edir.

 

Lakin, 2019-cu ildə məlum olub ki, mebel şirkətinin bu BOKT-a yönəltdiyi kreditlərin payı ümumi portfeldə azalmışdır. Son bir il ərzində portfeldəki pay bölgüsü əhəmiyyətli şəkildə azalaraq 73%-dən 51%-ə düşüb. Belə görünür ki, mebel istehsalçısının kredit portfelində payı azalmaqdadır. Yerinə isə yenisi gəlir…

Buna səbəb isə “Optimal Electronics”in məişət elektronikasından müştərilətə verdiyi kredit üçün “EmbaFinans”a üz tutmasıdır. “Optimal Electronics”in müştərilərini kredit təşkilata yönəltməsi nəticəsində payı son bir ildə 4%-dən 25%-ə qədər yüksəldib. Kənar audit maraqlı bir qeyd də verib bununla bağlı. Qeyddə deyilir ki, bu kreditlərin müddət üzrə ödənişinə görə “Optimal Electornics” tam məsuliyyət daşıyır. Məişət texnikası satan şirkətin müştərilərinin BOKT-dan 15.57 mln. manatlıq kreditlər alıb, bunlar hər biri də istehlak kimi hesablanıb.

“EmbaFinans” BOKT-un 34.99 mln. manatlıq kredit portfeli vardır.

Xarırladaq ki, “EmbaFinans”ın nizamnamə kapitalının 60%-i Elşad Abbasova və 40%-i isə hazırda deputat olan Məşhur Məmmədova məxsudur. Məşhur Məmmədov həmçinin ölkədə iş adamı kimi tanınmaqla 1996-ci ildən təsis etdiyi “Embawood”un sahibidir.

Mənbə: banker.az