ASCO Kurık-Ələt istiqamətində yük avtomobili daşımaları üzrə qiymətlərə dəyişiklik edib

ASCO Kurık-Ələt istiqamətində yük avtomobili daşımaları üzrə qiymətlərə dəyişiklik edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) Kurık-Ələt limanı istiqamətində yük avtomobili daşımaları üzrə qiymətlərə dəyişiklik edib.

QSC-dən "APA-Economics"ə verilən məlumata görə, belə ki, Kurık-Ələt istiqamətində yük avtomobilləri üzrə bir tərəfli daşıma 1 200 ABŞ dollardan 900 dollara, Ələt limanından gediş-dönüş isə 2 100 dollardan 1 800 dollara endirilib.

Mənbə: apa.az