Ölkəmizdən Rusiyaya pulköçürmə əməliyyatları daha əlverişli olub

Ölkəmizdən Rusiyaya pulköçürmə əməliyyatları daha əlverişli olub

Bakı, 5 iyun, AZƏRTAC

“Zolotaya Korona” pulköçürmə sistemi ölkədə pandemiya dövründə rəqəmsal ödənişlərin, o cümlədən pulköçürmə əməliyyatlarının inkişafı və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətini dəstəkləyir.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, pulköçürmə sisteminin rəhbərliyinin qərarı əsasında COVID-19 pandemiyası səbəbindən vətəndaşların pulköçürmə əməliyyatlarının daha effektiv formada həyata keçirilməsi və bankların fəaliyyətinin dəstəklənməsi məqsədilə yeni təşviqat layihəsinə, əməliyyatlar üzrə xüsusi tariflərin tətbiqinə başlanılıb.

Belə ki, iyunun 1-dən avqustun 31-dək ölkəmizdən Rusiyaya “Zolotaya Korona” pulköçürmə sistemi vasitəsilə həyata keçirilən pulköçürmələri üzrə xidmət haqqı köçürmənin məbləğindən asılı olmayaraq 0,5 faiz təşkil edəcək. Bu xidmət haqları əvvəl 0,9 faiz təşkil edirdi.

“Zolotaya Korona” pulköçürmə sistemi ölkədə rəqəmsal ödəniş həllərinin tətbiqinin gneişləndirilməsi, pulköçürmələrinin təşviqi, habelə maliyyə savadlılığının yüksəldilməsi istiqamətində aktiv fəaliyyətini davam etdirir.

Mənbə: azertag.az